Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron
antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə
düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan
elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün
avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə
əlaqə saxlayın.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya
təmir etməlidir. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola
bilər və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi
olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və
ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və
ya partlayıcı maddələri saxlamayın və ya daşımayın.
Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır.
Cihazınızı və ya aksessuarları hava yasrığının açıldığı
hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə
simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün
təhlükəli ola bilər və qeyri-qanuni ola bilər.