Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio
siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini
və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə
edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs
zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet
zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi
aktivləşdirilərsə, cihaz həm mobil şəbəkə, həm də sizin
internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə
çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili
tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz
cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq,
aşağıdakıları tamamlamalı ola bilərsiniz:
•
Cihazınıza SİM kart daxil edin.
•
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng
məhdudiyyətlərini götürün.
•
Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi
profilindən aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək
üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
Təhlükəsizliklə bağlı əlavə məlumat
31
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün
qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız
yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək
zəngi bitirməyin.